QAYTARMA QAYDALARI

Azərbaycan Respublikasının qanununa əsasən parfum-kosmetika vasitərləri qeyri-ərzaq malı sayılmadığı üçün keyfiyyətinə, öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. Sifarişi qəbul edərkən kuryerin yanında məhsulu diqqətlə nəzərdən keçirin. Əgər məhsulun görünüşü qane etmirsə və ya sifarişdə göstərilən tələblərə cavab vermirsə QABLAŞDIRMANI AÇMADAN məhsulu kuryerə qaytarın. Biz məhsulu mütləq dəyişəcəyik. Görünüşlə bağlı narazılıq yalnız çatdırılma zamanı qəbul olunur. Qəbul etdiyinz məhsulda qüsur və ya zədə aşkarladıqda biz onu mütləq yeni məhsula dəyişəcəyik. Pulunuzun geri qaytarılması üçün qablaşdırmanın qorunması və ətirdən heç istifadə olunmaması şərtdir. İstifadə olunmaması şüşə içərisində olan tüpün içində hava axınının olması ilə təyin olunur. Buna görə də kuryer ödənişi almadan ətri istifadə etməyə icazə verə bilmir.

Bütün ölkələrə çatdırılma

Qalıcı ətİrlər

onlayn dəstək 24/7